Bank Of Baku

Biləcəridə qadını avtomobillə vurub qaçan sürücü tutulub

Biləcəridə qadını avtomobillə vurub qaçan sürücü tutulub
# 19 oktyabr 2022 10:18 (UTC +04:00)

Bakıda bir neçə gün əvvəl qadını avtomobillə vurub qaçan şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.
Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR