Paşha Bank
Bank Of Baku

Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
# 16 noyabr 2026 11:49 (UTC +04:00)

Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Q.Aslanov saxlanılıb.
Məlumata görə, o, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb.
Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Q.Aslanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

© APA | Avtoxuliqanlıq

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR