Bank Of Baku

Tokayev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrini vəzifəsindən azad edib

Tokayev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrini vəzifəsindən azad edib
# 16 noyabr 2026 11:51 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermek Sagimbayevi Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri vəzifəsindən azad edib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezidenti digər fərmanıyla Marat İrmenov MTK-nın sədri təyin edilib və o, qurum sədrinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ermek Sagimbayev 2022-ci ilin yanvarından Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edirdi. O, 2026-cı ilin avqustunda yenidən bu vəzifəyə təyin edilmişdi. Marat İrmenov isə 2025-ci ilin oktyabrından MTK sədrinin müavini vəzifəsində çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR