Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.