Bank Of Baku

Biləsuvarda qəzada xəsarət alan beş nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Biləsuvarda qəzada xəsarət alan beş nəfərin kimliyi məlum olub - YENİLƏNİB
# 03 sentyabr 2023 17:14 (UTC +04:00)

Biləsuvarda baş verən qəza nəticəsində xəsarət alan beş nəfərin kimliyi məlum olub.

APA-nın Cənub bürosunun məlumatına görə, xəsarət alanlar Biləsuvar rayon sakinləridir. Bunlar 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cı il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayevdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:59

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA -nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR