Biləsuvarda yeraltı qaz xətti zədələnib, bir kənd qazsız qalıb

Biləsuvarda yeraltı qaz xətti zədələnib, bir kənd qazsız qalıb
# 14 iyul 2024 17:09 (UTC +04:00)

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində kənd qazsız qalıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayonunun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.

Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR