Paşha Bank
Bank Of Baku

Binəqədidə bir ayın içində 9 və 11 yaşlı bacılar vəfat edib

Binəqədidə bir ayın içində 9 və 11 yaşlı bacılar vəfat edib
# 25 noyabr 2026 15:47 (UTC +04:00)

Bu il noyabrın 7-si saat 09:35 radələrində və 22 noyabr saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Məlumata görə, təcili tibbi yardım briqadaları 7 noyabrda 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22 noyabrda isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktını qeydə alıb.

Qeyd edək ki, vəfat edən azyaşlılar bacıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR