Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66531 nəfər istiqamətləndirilib.
Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 2456 nəfər narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib. 1773 nəfərin yeni istifadəçi olması müəyyən olunub. Bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.