Bu ilin 9 ayı ərzində respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.