Bank Of Baku

Cəbrayılda şirkət maşını minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB - VİDEO

Cəbrayılda şirkət maşını minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB  - VİDEO
# 02 noyabr 2022 14:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) bu gün Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.

Araşdırmalar davam etdirilir.

***

13.15

Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb.

Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR