Cəlilabadda avtomobil yanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Mübariz Quliyevə məxsus “Opel” markalı avtomobil qəfil alışıb. Hadisə yerinə dərhal FHN-in Yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın yanacaq çənindən başlayıb.
Faktla bağlı araşdırma aparılır.