Bank Of Baku

Cəlilabadda bıçaqlanma olub

Cəlilabadda bıçaqlanma olub
# 04 sentyabr 2023 14:08 (UTC +04:00)

Cəlilabadda bıçaqlanma olub.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, sol bazunun, sol dirsəyin, döş qəfəsinin və bel nahiyəsinin kəsilmiş deşilmiş diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad şəhər sakini Əli Həsənov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Privolnoe kənd sakini Natiq Abbasova kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Faktı törətməkdə şübhəli bilinən Ə.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR