Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Murad Fazil oğlu Salayev hadisə yerində dünyasını dəyişib.
Xəsarət alan Rəhman Şamil oğlu Salayev Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, Cavidan Həbib oğlu Əzimov və Həsən Yalçın oğlu Salahzadə isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.