Bank Of Baku

Cəlilabadda ikimərtəbəli ev yanıb

Cəlilabadda ikimərtəbəli ev yanıb
# 14 dekabr 2022 22:48 (UTC +04:00)

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub.

APA - nın Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Sabirabad kəndində, 1987-ci il təvəllüdlü Xalid Sərxan oğlu Əhmədova məxsus ikimərtəbəli yaşayış evdə qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 324 kvadratmetr olan evin 60 kvadratmetri və dam örtüyü yanıb.

Evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, içərisindəki əşyaları da tamam yanıb.

Hadisə yerinə çağrılan Cəlilabad rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası yanğını söndürüb, digər tikililərə keçməsinin qarşısını alıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR