Bank Of Baku

Cəlilabadda mağazadan 30 min manat oğurlayan şəxs tutulub

Cəlilabadda mağazadan 30 min manat oğurlayan şəxs tutulub
# 10 oktyabr 2022 12:28 (UTC +04:00)

Cəlilabadda ötən il mağazadan pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinə 2021-ci ilin iyun ayından cari ilin iyun ayınadək olan müddətdə şəhər ərazisindəki mağazaların birindən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Cümə Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR