Bank Of Baku

Cəlilabadda transformator partlayıb, yanğın baş verib

Cəlilabadda transformator partlayıb, yanğın baş verib
# 10 avqust 2026 00:24 (UTC +04:00)

Cəlilabadda transformatorun partlaması nəticəsində yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən transformatorda partlayış baş verib. Partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Partlayış səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR