Bank Of Baku

Çexiya Gənclik Asossiasiyasının rəhbəri: "Vətənimə qayıdanda Edillidə gördüyüm reallığı bölüşəcəyəm"

Çexiya Gənclik Asossiasiyasının rəhbəri: "Vətənimə qayıdanda Edillidə gördüyüm reallığı bölüşəcəyəm"
# 15 oktyabr 2022 13:58 (UTC +04:00)

"Bura gəlmək, ürəkağrıdan məqamdır. Mən ilk dəfə gəlib cəsədləri görəndə, Auşvitz əsir düşərgəsini ziyarət edərkən yaşadığım hisslərin eynisini burada yaşadım".

Bu fikirləri bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən Çexiya Gənclik Asossiasiyasının rəhbəri Radek Smolka APA-nın müxbirinə deyib. O bildirib ki, faciə artıq baş vermiş olsa da, onun ağrısını faciə indi baş vermiş kimi hiss edirsən.

"Vətənimə, Çexiyaya qayıdanda burada gördüyüm reallığı bölüşəcəyəm.Tanrıya şükürlər olsun ki, ölkəmizdə erməni təbliğatı güclü deyil, amma məhz həmin bu faciə anlarını, məlumatları paylaşmaq vacibdir. Mənim ölkəmdən daha çox insan gəlib burada baş verənləri öz gözləri ilə görsə, çox yaxşı olar, münaqişəni daha yaxşı başa düşər", - deyə Radek Smolka deyib.

Habil Aslanoğlu

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR