Bank Of Baku

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO  - FOTO
# 09 oktyabr 2026 18:05 (UTC +04:00)

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Xəsarət alan olmayıb.

***

17.23

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR