Bank Of Baku

Daşkəsən sakini dəm qazından ölüb

Daşkəsən sakini dəm qazından ölüb
# 15 yanvar 2026 10:35 (UTC +04:00)

Daşkəsən sakini Gəncədə dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov Gəncədə yaşadığı evin hamamında dəm qazından zəhərlənib. 35 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, yanvarın 15-də saat 03:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:30 radələrində onun ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR