Bank Of Baku

Daşkəsəndə ər arvadını balta ilə öldürüb

Daşkəsəndə ər arvadını balta ilə öldürüb
# 24 iyun 2024 09:44 (UTC +04:00)

İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daşkəsən rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR