Bank Of Baku

DİN: Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir - VİDEO

DİN: Bakı-Qazax avtomagistralında hərəkət tənzimlənir - VİDEO
# 15 oktyabr 2022 10:27 (UTC +04:00)

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin APA-ya verdiyi məlumata görə, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR