Bank Of Baku

DİN: Gədəbəydə havaya atəş açan şəxsin kimliyi müəyyən edilib - VİDEO

DİN: Gədəbəydə havaya atəş açan şəxsin kimliyi müəyyən edilib - VİDEO
# 17 oktyabr 2022 10:02 (UTC +04:00)

Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: “Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR