Bank Of Baku

DİN: "Qarabağ"ın oyununda təhlükəsizlik üçün zəruri tədbirlər görülür

DİN: "Qarabağ"ın oyununda təhlükəsizlik üçün zəruri tədbirlər görülür
# 13 oktyabr 2022 12:13 (UTC +04:00)

Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

APA xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - DİN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR