Bank Of Baku

Diplomatik statusdan istifadə olunmaqla edilən qaçaqmalçılıqda 14 kq qızıl külçələr olan daha bir çanta aşkarlanıb

Diplomatik statusdan istifadə olunmaqla edilən qaçaqmalçılıqda 14 kq qızıl külçələr olan daha bir çanta aşkarlanıb
# 29 noyabr 2024 14:10 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Məmmədovun İstanbulda 70 kq qızılla saxlanması ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb.

APA-nın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıq faktı üzrə araşdırmalar nəticəsində içərisində 14 kiloqram qızıl külçələr olan daha bir çanta aşkarlanıb.

Məlumatda araşdırmalar nəticəsində içərisində 14 kiloqram qızıl külçələrin olduğu, gömrük sərhədindən keçməmiş daha bir çantanın İstanbul Beynəlxalq Hava Limanındakı saxlanc yerinin içərisində aşkarlandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR