Bank Of Baku

Dumanlı havada yolu keçən Naxçıvan sakinini maşın vuraraq öldürüb

Dumanlı havada yolu keçən Naxçıvan sakinini maşın vuraraq öldürüb
# 07 dekabr 2024 12:10 (UTC +04:00)

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, 67-BL-794 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dumanlı havada yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci İsmayılov Abbas Novruz oğlunu vurub.

Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR