Bank Of Baku

DYMX rəisi: Ilk növbədə, çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq

DYMX rəisi: Ilk növbədə, çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq
# 15 oktyabr 2022 11:52 (UTC +04:00)

"Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir".

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Füzuli Əsədov bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Əraziyə FHN-in 10-dan artıq texnikası və 14 nasosu gətirilib.

"Birinci növbədə, çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub", - deyə F. Əsədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR