Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-dən APA-ya verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 800m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsi 50m², 2-ci mərtəbəsi isə 100m² sahədə yanıb. Evin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub. Hadisə nəticəsində 1 nəfər vətəndaş xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
02:16
“Nəsimi rayonu 3-cü Alatava deyilən ərazidə 23:34 dəqiqədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal yanğın yerinə yağından mühafizə bölmələri cəlb olunub. Yanğının mürəkkəbliyi və evlərin bir-birinə bitişik olduğu nəzərə alınaraq əlavə qüvvələr də cəlb edilib”.
Bunu APA-ya açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Taleh Babayev deyib. O qeyd edib ki, yanğın təxminən yarım saat ərzində söndürülüb:
“Mənzilin birinci mərtəbəsində təxminən 50 kv.m, ikinci mərtəbədə isə 100 kv.m sahə yanıb. Ərazidə olan sakinlər təxliyə edilib və bitişik evlər mühafizə edilib. Verilən məlumata görə, bir nəfər xəsarət alıb. Yaralı təcili yardıma təhvil verilib. Yanğının başvermə səbəbi araşdırılır”.
Elşən Yəhyayev