Bank Of Baku

FHN Binədə qanunsuz tikintinin qarşısını alıb - FOTO

FHN Binədə qanunsuz tikintinin qarşısını alıb - FOTO
# 15 dekabr 2022 12:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Bəxtiyar Tağıyev APA-ya bildirib ki, Xəzər rayonunun Binə qəsəbəsində layihədən kənar tikintinin aparıldığı, qaydaların pozulduğu aşkarlanıb: "Qeyri yaşayış obyektində tikinti quraşdırma işləri aparılıb. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, tikinti sahibi tərəfindən işlər mərhələlərlə dayandırılsa da, gecə saatlarında işlər davam etdirilib. Buna görə də tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilib. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz, layihədən kənar tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt qismən sökülüb".

Sökülmə prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib: "Bir daha respublika ərazində qanunsuz tikinti obyektlərinin inşa edilməsi ilə bağlı vətəndaşlara müraciət edərək xahiş edirik ki, qüvvədə olan şəhərsalma tikinti məcəlləsinin tələblərinə riayət etsinlər".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR