Bank Of Baku

FHN-in zəlzələ bölgəsindəki qərargahında atılacaq növbəti addımlar müzakirə edilib - FOTO

FHN-in zəlzələ bölgəsindəki qərargahında atılacaq növbəti addımlar müzakirə edilib - FOTO
# 14 fevral 2023 12:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR