Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verən ərazidə əməliyyatlarını davam etdirir.
APA-nın Türkiyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, Kahramanmaraşda Pınar yaşayış məhəlləsində FHN əməkdaşları tərəfindən ötən günün ikinci yarısından keçirilən əməliyyatlarda iki sağ şəxslə yanaşı, 11 cəsəd də dağıntılar altından çıxarılıb.
Cəsədlərin 7-si axşam saatlarında, 4-ü isə bu gün səhər saatlarında aşkarlanıb.
Onlar aidiyyəti üzrə təhvil verilib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.