Bank Of Baku

FHN: Ötən həftə 181 yanğına çıxış olub, 41 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 181 yanğına çıxış olub, 41 nəfər xilas edilib - VİDEO
# 28 aprel 2025 10:50 (UTC +04:00)

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 41 nəfər xilas edilib.

APA FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 181 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR