Bank Of Baku

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var
# 02 yanvar 2023 18:40 (UTC +04:00)

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR