Gədəbəydə doğuş zamanı ölüm faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Zəhmət kənd sakini 18 yaşlı N.Nağıyeva 26-27 həftəlik hamiləliklə Gədəbəy Mərkəzi Xəstəxanasına müraciət edib. Doğuş üçün müraciət edən qadının müayinəsi zamanı dölün öldüyü məlum olub. Xəstəxanadan bildirilib, qadın xəstəxanaya gətirlilən zaman döl ölü olub.
Məlumata görə, hamiləlik dövründə ananın səhhətində bir sıra problemlər olub.
Faktla bağlı araşdırma aparılır.