Bank Of Baku

Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-3

Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-3
# 03 fevral 2026 10:03 (UTC +04:00)

Bu gün saat 00:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ona dəqiqləşdirilməmiş kəllədaxili travma və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.

***

09:56

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Gəncə şəhər prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisənin tərəflər arasında borc üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, qətlə yetirilən 25 yaşlı R.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

***

07:41

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

05:10

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:32

Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR