Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
1996-cı il təvəllüdlü Rufan Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb.
R.Məmmədovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.