Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi və həyətdə olan kol kos yanıb. Qısa müddətdə ərazisində yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.