Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü qadın bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, dekabrın 4-də saat 19:50 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Boğaz, qarın nahiyəsinin və döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.