Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.