Bank Of Baku

Gəncədə iki tələbə dəm qazından zəhərlənib

Gəncədə iki tələbə dəm qazından zəhərlənib
# 06 yanvar 2025 20:24 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib.

Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki,S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universitetin tələbələridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR