Gəncədə kanalizasiya quyusunun qapaqların oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə (PŞ) yağış sularının axıdılması üçün nəzərdə tutulan, kanalizasiya quyusunun ümumi dəyəri 1050 manat olan qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının əməkdaşların keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Cəfərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını etiraf edib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.