Bank Of Baku

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb - YENİLƏNİB
# 07 dekabr 2025 19:37 (UTC +04:00)

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı M.Məhərrəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, dekabrın 7-də saat 18:00 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

saat 18.56

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR