Gəncədə 26 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
20:13
Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə bıçaqlanaraq qətlə yetirilən şəxs 1998-ci il təvəllüdlü M.Huseynovdur.
Qətlə yetirilən və hadisəni törəndən şəxslər mağazada fəhlə işləyirmiş
***
18:38
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun Gəncə şəhərində Daş Körpü adlanan ərazidə qeydə alınıb.
Belə ki, orta yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.