Bank Of Baku

Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2

Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2
# 06 avqust 2026 09:45 (UTC +04:00)

Bu gün saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb.

***

05:36

Gəncədə 43 yaşlı kişini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalara əsasən, hadisə tərəflər arasında söyüş üstündə yaranmış mübahisə zamanı baş verib.

Hadisə zamanı daha üç nəfər yüngül bıçaq xəsarətləri alıb. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***
03:55

Gəncədə bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində həyatını itirən şəxs 1983-cü il təvəllüdlü A. Yusifovdur.


***
03:36

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı polis və prokurorluq əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR