Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu qoyulub, vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.