Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Opel" ilə "Khazar" markalı minik avtomobilləri toqquşub. Qəzada sonra "Khazar" yolun hərəkət hissəsinə aşıb, sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.