Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Vəli Xuluflu küçələrinin kəsişməsində qeydə alınıb. "VAZ 2106" və "Mercedec" markalı yük maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.