Bank Of Baku

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alan var

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alan var
# 11 sentyabr 2023 20:32 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü "Opel"i ötmək istəyərkən hərəkətdə olan motosikletə çırpılıb. Sonuncu aşaraq yol kənarında dayanan "Hyundai" markalı maşına dəyib. Hadisə zamanı motosıkletin sürücüsü 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR