Gəndob-Yalama yolunda avtomobil qəzası baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Müşkür kəndi ərazisində qeydə alınıb. "Mersedes" və "Kia" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.