Bank Of Baku

Goranboyda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Goranboyda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 11 dekabr 2025 08:48 (UTC +04:00)

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, dekabrın 11-də saat 00:10 radələrində 1996-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.



***
23:26


Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR