Bank Of Baku

Goranboy yarımstansiyada yanğın olub

Goranboy yarımstansiyada yanğın olub
# 10 sentyabr 2023 15:24 (UTC +04:00)

Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyanın ərazisində gücü 40 kVt olan transformatorun yağı və sarğıları, 68 p.m yeraltı kabel, ümumi sahəsi 600 m² olan birmərtəbəli yarımstansiyanın zirzəmisində şkaflara yığılan elektrik kabelləri 1500 p.m, 1-ci mərtəbədə hər birinin sahəsi 35 m² olan 2 otaqda 6 ədəd gücü 10 kVt olan reaktor, ümumi sahəsi 140 m² olan otaqda quraşdırılan 30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan ümumi sahəsi 112 m² olan idarəetmə mərkəzinin 5 ədəd idarəetmə paneli, 12 ədəd rele paneli və 1 ədəd kondisioner əriyib.

Yarımstansiyanın içərisində olan qurğular, kabellər və ərazidə olan digər transformatorlar yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR